Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2024-cü il Azərbaycan K-POP Festivalına seçim mərhələsinin başladığını elan edir və K-POP-a maraq göstərən hər kəsi bu möhtəşəm festivalda iştiraka dəvət edir!
- Festival haqqında -
1. Tədbirin adı: 2024-cü il K-POP Azərbaycan Festivalı
2. Tarix və yer: 6 sentyabr 2024-cü il (Cümə) 14:00 Bakı Musiqi Akademiyasının Opera zalı
3. Müraciət şərtləri:
Müraciət edə bilər: Azərbaycan Respublikası vətəndaşları
Müraciət edə bilməz: Əvvəlki K-POP Azərbaycan festivallarında mükafat almış şəxslər
Tək yaxud qrup şəklində müraciət etmək mümkündür, qrup şəklində müraciət zamanı vokal üzrə üzvlərin sayı 3-ü, rəqs üzrə üzvlərin sayı isə 5 nəfəri keçməməlidir.
4. Müraciət prosesi:
- Vokal ifanızı və ya rəqs videonuzu çəkirsiniz. (İstənilən K-POP musiqisinə müraciət edə bilərsiniz)
- Videonu youtube-a ictimaiyətə açıq şəkildə yerləşdirirsiniz.
- Elanda paylaşılmış ərizə formasını doldurursunuz.
- Videonun youtube linki və doldurulmuş müraciət ərizəsini email ilə az_politics@mofa.or.kr elektron poçt ünvanına göndərirsiniz. (Mail başlığı K-POP Festival_Komanda adı şəklində olmalıdır.)
5. Seçim prosesi:
~Müraciət edən şəxslərin içindən 6 rəqs komandası və 3 vokal komandası seçilərək (ümumi 9 komanda) 6 sentyabr 2024-cü ill tarixində baş tutacaq final mərhələsində mübarizə aparacaqdır.
6. Müraciət müddəti: 05-16 avqust 2024-cü il tarixləri
Finala seçilən şəxslərin elanı: 23 avqust 2024-cü il
7. Mükafatanlandırılma:
Final mərhələsində qalib olacaq 3 komandaya (1 vokal ifa və 2 rəqs komandası olmaqla) hədiyyələr və kubok veriləcəkdir.
8. K-POP Festivalında izləyici kimi iştirak etmək istəyən şəxslər biletləri aşağıdakı üsullarla əldə edə bilərlər.
- Koreya Respublikasının Azərbaycandakı Səfirliyində biletlər 26 avqust 2024-cü il saat 10:00-dan başlayaraq bitənədək paylanılacaqdır. ( Koreya Respublikasının Azərbaycandakı Səfirliyi: 012-498-39-50)
- Biletlərlə bağlı həmçinin HANSAMO (Koreya Sevərlər) Qrupunun sədri Nuray Kərimovaya (050-794-17-88) da müraciət edə bilərsiniz.