바로가기 메뉴 본문 바로가기 주메뉴 바로가기
Viza rəşmiləşdirilməsi

Viza rəşmiləşdirilməsi

  1. Viza rəşmiləşdirilməsi
  2. Viza rəşmiləşdirilməsi

İş saatları

  • Bazar ertəsi ~ Cümə günləri
    09:30 ~ 12:00, 14:00~ 17:00



Bayram günləri

  • Koreya bayramı

  • 1 mart: Müstəqillik Hərəkatı günü

  • 15 avqust: Qurtuluş günü

  • 3 oktyabr: Milli təsis günü

  • 9 oktyabr: Koreya əlifbası (Hangil) günü

  • Azərbaycan bayramı

  • Bütün Azərbaycan bayramları


Ünvan

  • İSR Plaza 14-cü mərtəbə, Nizami küçəsi 69, Bakı şəhəri, AZ 1005, Azərbaycan

Əlaqə

  • Tel : (+994-12) 498-3950~3

  • Faks : (+994-12) 498-3954

  • Email : azeremb@mofa.go.kr

Xəbərdarlıq


  • Qısa səfər məqsədilə vizanın (C-3 növü) rəsmiləşdirilməsi zamanı bir dəfəli giriş ilə təmin olunur. İki dəfəli giriş vizası ilə təmin olunması üçün vizaya müraciət edərkən əvvəlcədən qeyd etməyiniz tövsiyyə olunur.

  • Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.
    ※ Səfirlik aşağıdakı ABŞ dolları əskinaslarını banka təqdim edə bilmədiyinə görə, həmin əskinaslar qəbul olunmayacağını nəzərinizə çatdırır:


  • Zədələnmiş əskinaslar;

  • Işarələr və ya ləkələr olan əskinaslar;

  • Qeyri-rəsmi möhürləri olan əskinaslar.
    Bu təlimatlara riayət etməkdə anlayışınızı və əməkdaşlığınızı yüksək qiymətləndiririk.

  • 2024-cü ilin iyun ayında viza üçün müraciət edənlərin nəzərinə çatdırırıq:

 20 -30 iyun 2024-cü il tarixlər arasında Vizanın rəsmiləşdirilməsi üzrə müraciətlərin baxılmasına daha uzun müddət tələb oluna bilər (15-19 iyun qeyri iş günləridir). 

Bu təlimatlara riayət etməkdə anlayışınızı və əməkdaşlığınızı yüksək qiymətləndiririk.


Viza haqqında

Ümumi Məlumat

  • Koreya Respublikası ərazisinə daxil olacaq Azərbaycan Respublikası vətəndaşlarından viza tələb olunur.

  • Azərbaycan Respublikası və Koreya Respublikası arasındakı vizadan azad onunma haqda (21 Noyabr 2008-ci il tarixli) qarşılıqlı anlaşmaya əsasən diplomatik və rəsmi/xidməti pasport daşıyıcılarına Koreya Respublikası ərazisində 30 günlük vizasız yaşamaq hüququ verilmişdir.

  • Vizaya müraciət edən şəxslərdən pasport,fotoşəkil (1 ədəd), viza müraciət ərizəsi və digər lazım olan sənədlərin (vizanın alınma məqsədindən asılı olaraq dəyişir) səfirliyə təqdim edilməsi tələb olunur.

  • Vizaya müraciət etmək üçün 3 iş günü qabaq email vasitəsilə (azeremb@mofa.go.kr) görüş götürmək lazımdır. (tam ad, soyadı, doğum tarixi, Koreyaya giriş məqsədi, müraciətin tarix və saatını qeyd etmklə. Emaili ingilis dilində yazın).
    ※Səfirlik turistik şirkətlərinin nümayədələri tərəfindən email vasitəsilə götürülən görüşləri qəbul etmir.

  • Viza rüsumu aşağıdakı kimi tətbiq olunur (yalnız nəğd şəklində ABŞ dolları):

  • 90 günlük Single Entry Visa: 50 $

  • 90 gündən artıq Single Entry Visa: 80 $

  • Double Entry Visa: 120 $

  • Multiple Entry Visa: 150 $

  • Vizaya müraciət şəxsən edilməlidir (Qrup müraciətlərdə istisnalar mümkündür).

  • Vizanın verilməsi üçün tələb olunan vaxt: Vizalar Azərbaycan vətəndaşları üçün 5 gün (uzunmüddətli viza üçün), 2~3 gün (qısamüddətli viza üçün) ərzində hazırlanır (Müraciətlərin qəbul tarixi və qeyri-iş günləri daxil DEYİL).

  • Viza müraciət ərizəsi səfirliyin əsas səhifasinin əsas ekranın aşağı hissəsindəki Viza müraciət ərizəsi nişanı vasitəsilə edirilə bilər. 

  • Bütün viza müraciətləri üçün 3.5x4.5 sm ölçüdə rəngli fotoşəkil tələb olunur. Şəkil son 6 ayda çəkilmiş və ağ fonda olmalıdır. Çap edilmiş və ya tələblər uyğun gəlməyən fotoşəkillər qəbul olunmayacaqdır. 

  • Sənədlər İngilis və ya Koreya dilində yazılmadığı təqdirdə, İngilis və ya Koreya dillərinə tərcümə və notarial qaydada təsdiq olunaraq səfirliyə təqdim olunur. 

  • Uzunmüddətli vizaya (90 gündən çox) müraciət etmək istəyən Azərbaycan vətəndaşı vərəm testi haqqında arayışı Koreya Respublikası Səfirliyi tərəfindən təyin olunmuş xəstəxanalarda rəsmiləşdirməlidir. Daha ətraflı məlumat elanda qeyd edildiyi kimidir: https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761412&page=1

  • Üçüncü dövlət (Koreya və Azərbaycandan başqa) tərəfindən rəsmiləşdirilmiş sənədlər apostillə təqdim edilməli və ya müvafiq səfirlik tərəfindən təsdiq edilməlidir. (Skan edilmiş sənədlər qəbul edilmir.)


Tələb olunan sənədlər

  • Qısa Səfər Vizası

  • Pasport (etibarlılıq müddəti minimum 6 ay qalmış)

  • Viza müraciət ərizəsi

  • Fotoşəkil (1 ədəd)

  • Notarial qaydada təsdiq olunmuş şirkət və ya şəxs tərəfindən dəvətnamə (sənədin əsli tələb olunur)

  • Notarial qaydada təsdiq olunmuş zəmanət məktubu (sənədin əsli tələb olunur)

  • Dəvət edən şirkətin biznes registrasiyasının sürəti

  • Dəvət edən şəxs/şirkət və dəvətli arasında münasibətləri təsdiq edən sənədlər ( İş yerinə dair arayış və ya doğum haqqında şəhadətnamə, müqavilə, əməliyyatın icrası üzrə sənəd)

  • Müraciət edən şəxsin iş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)

  • Gediş-gəliş aviabileti və ya gediş- gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)

  • Otel rezervasiyasının təsdiq məktubu

  • Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.

  • Rüsum


Turist Vizası, Turist səfəri

  • Pasport (etibarlılıq müddəti minimum 6 ay qalmış)

  • Viza müraciət ərizəsi

  • Fotoşəkil (1 ədəd, Son 6 ayda çəkilmiş bir ədəd fotoşəkil (3.5x4.5 ölçülü, ağ fonlu, tünd geyimdə və çərçivəsiz olmalıdır )

  • İngilis dilində səyahət planı (müvafiq format yoxdur, lakin ətraflı plan tərtib edilməlidir)

  • Gediş-gəliş aviabileti və ya gediş- gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)

  • Otel rezervasiyasının təsdiq məktubu

  • Müraciət edən şəxsin iş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)

  • Bank hesabından çıxarış (minumum məbləğ 3000 $, çıxarış son 6 ay üzrə)

  • Notarial qaydada təsdiq olunmuş zəmanət məktubu (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə) Zəmanət məktubu tanıdığınız şəxs və ya qohumunuz tərəfindən aşağıdakı kimi yazılmalıdır:

  • Mən xxx xxx zəmanət verirəm ki, cənab/xanım xxx bu tarixlər arasında Koreya Respublikasına səfər edəcək və Azərbaycan Respublikasına qayıdacaq.

  • Zəmanət məktubu tərcümə olunmalı və notarial qaydada təsdiqlənməlidir.

  • Notarial qaydada təsdiq olunmuş zəmanət məktubunu verən şəxsin iş yerindən arayışı (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)

  • Notarial qaydada təsdiq olunmuş zəmanət məktubunu verən şəxsin şəxsiyyət vəsiqəsini sürəti

  • Rüsum

*Koreyada yaşayan dostlarınız/ailə üzvlərinizlə Koreyaya səyahət etməyi planlaşdırırsınızsa, Koreyada yaşayan dostlarınız/ailə üzvlərinizdən dəvət və zəmanət məktubu təqdim edərək C-3-1 vizasına müraciət etməyiniz tövsiyyə olunur.

  • Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.


Tədbirdə İştirak

  • Pasport (etibarlılıq müddəti minimum 6 ay qalmış)

  • Viza müraciət ərizəsi

  • Fotoşəkil (1 ədəd, Son 6 ayda çəkilmiş bir ədəd fotoşəkil (3.5x4.5 ölçülü, ağ fonlu, tünd geyimdə və çərçivəsiz olmalıdır )

  • Notarial qaydada təsdiq olunmuş İşgüzar dəvətnamə (sənədin əsli tələb olunur)

  • Notarial qaydada təsdiq olunmuş zəmanət məktubu. Zəmanət məktubu tanıdığınız şəxs və ya qohumunuz (turistik agentdən başqa) tərəfindən aşağıdakı kimi yazılmalıdır:

  • Mən xxx xxx zəmanət verirəm ki, cənab/xanım xxx bu tarixlər arasında Koreya Respublikasına səfər edəcək və Azərbaycan Respublikasına qayıdacaq.

  • Zəmanət məktubu tərcümə olunmalı və notarial qaydada təsdiqlənməlidir.

  • Dəvət məktubunda xüsusi olaraq dəvətin məqsədi göstərilməlidir. ( biznes X, işlənmiş avtomobil satışı O)

  • Dəvət edən şirkət və ya qurumun biznes registrasiyasının sürəti

  • Müraciət edən şəxsin iş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)

  • ediş-gəliş aviabileti və ya gediş- gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)

  • Otel rezervasiyasının təsdiq məktubu

  • Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.

  • Rüsum

Tələbə Vizası

  • Pasport (etibarlılıq müddəti minimum 6 ay qalmış)

  • Viza müraciət ərizəsi

  • Fotoşəkil (1 ədəd, bir ədəd fotoşəkil (3.5x4.5 ölçülü, ağ fonlu olmalıdır )

  • Universitetə qəbul sənədi və qurumun biznes registrasiyasının sürəti

  • Hesab haqqında bankdan çıxarış sənədi

  •  Vərəm testinin sertifikatı (ətraflı məlumat üçün xəbərdarlıq bölməsinə baxmağınız tövsiyyə olunur https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761412&page=1 )

  • Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.

  • Rüsum


Tibbi səfər

  • Pasport

  • Ərizə-anket

  • Foto şəkil (1 ədəd, 3.5x4.5)

  • Viza rüsumu $50

  • Xəstəxanadan rezervesiyaya haqqında sənəd

  • Xəstəxananın biznes qeydiyyat nömrəsinin nüsxəsi

  • Yazılı şəkildə həkim tərəfindən verilən nəticə (diaqnoz)

  • İş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdı)

  • Bankdan hesab haqqında çıxarış & Vərəm Əleyhinə Dispanserdən arayış (Tuberkulin sınaqları & Şüa-diaqnostika üsulları & Bəlğəmin müayinəsi) Xərclər ailə üzvü tərəfindən ödənildikdə:

  • Ailə üzvün bank hesabından çıxarışı

  • İş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdı)

  • Notarial qaydada təsdiqlənmiş sponsor məktubu

  • Ailə üzvü olduğunu subut edən sənəd (doğum haqqında şəhadətnamə)

  • ediş-gəliş aviabileti və ya gediş- gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)

  • Otel rezervasiyasının təsdiq məktubu

  • Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.

  • Koreya Səfirliyi tərəfindən təyin olunmuş xəstəxanalarda vərəm testi sertifikatı ala bilərsiniz. Ətraflı məlumat üçün Xəbərdarlıq bölməsinə baxın https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761412&page=1 

  • Koreya vizası haqqında ətraflı məlumat üçün www.visa.go.kr saytınaa tanış ola bilərsiz (rəsmi Koreya viza portalı).